Qusarın igid oğlu – Şəhadətindən 5 il ötən Tural Əhmədovun HƏYAT HEKAYƏSİ

Qusarın igid oğlu – Şəhadətindən 5 il ötən Tural Əhmədovun HƏYAT HEKAYƏSİ

Hazırda oxunan: Qusarın igid oğlu – Şəhadətindən 5 il ötən Tural Əhmədovun HƏYAT HEKAYƏSİ

576840

Vətən müharibəsində qəhrəmanlıq göstərib adını tarixə həkk edən minlərlə igid oğullarımızdan biri də Tural Əhmədovdur.

Bizim.Media xəbər verir ki, Qusar rayonunun Mucuq kəndində şəhid Tural İzətulla oğlu Əhmədovun anım mərasimi keçirilib. Şəhidin məzarı ziyarət olunub və xatirəsi ehtiramla yad edilib.

Şəhid Əhmədov Tural İzətulla oğlu 5 iyun 2001-ci ildə Qusar rayonunun Mucuq kəndində anadan olub. 10 yaşında atasını itirib. Tural 2016-cı ildə orta məktəbi bitirdikdən sonra 3 il Quba peşə liseyində təhsil alıb. 2020-ci il, iyulun 2-də həqiqi hərbi xidmətə yola düşür. Avqust ayının 6-da anasına zəng edərək Xüsusi Təyinatlı Qüvvələrə qoşulacağını bildirir. Tural Cəlilabaddakı "N" saylı hərbi hissədə xidmət edib. Təlimlərə qatılıb, XTQ əsgəri kimi təkmilləşib. Sentyabrın 27-də Vətən müharibəsinə qoşulub.
 

Azərbaycan Ordusunun əsgəri olmuş Tural Əhmədov 44 günlük Vətən müharibəsi zamanı Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 22-də Füzuli döyüşləri zamanı şəhid olub. 2020-ci ilin 23 oktyabrında Qusar rayonunun Mucuq kəndində dəfn edilib.


Ölümündən sonra “Cəsur döyüşçü” medalı, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları, “Azərbaycan Bayrağı” ordeni, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.






 





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO