2026-cı ildə orta aylıq əməkhaqqı 1170 manata ÇATACAQ

2026-cı ildə orta aylıq əməkhaqqı 1170 manata ÇATACAQ

Hazırda oxunan: 2026-cı ildə orta aylıq əməkhaqqı 1170 manata ÇATACAQ

576837

İqtisadi aktivliyin yüksəlməsi ilə əlaqədar əhalinin gəlirlərinin real artım tempi növbəti ildə 3,4 faiz, 2027-2029-cu illərdə isə orta illik 3,7 faiz proqnozlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Gəlirlərin artımına uyğun olaraq əhalinin xərclərinin real artım tempi növbəti ildə 3,5 faiz səviyyəsində, 2027-2029-cu illərdə isə orta illik 3,6 faiz səviyyəsində proqnozlaşdırılır.

Bundan əlavə, 2026-cı ildə orta aylıq əməkhaqqının 1170,8 manat olacağı proqnozlaşdırılır. Bu, 2025-ci illə müqayisədə 69,2 manat artım deməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO