Mingəçevirdə özünü yandıran gənc oğlan ölüb.
Bizim.Media-nın məlumatına görə, hadisə dünən M.Maqomayev küçəsində baş verib.
MÖVZU İLƏ BAĞLI:
Mingəçevirdə gənc oğlan üzərinə benzin töküb özünü yandırdı
Naməlum səbəbdən 1995-ci il təvəllüdlü şəhər sakini Əzməmmədov Rəsul Ramiz oğlu üzərinə benzin tökərək özünü yandırıb.
Yaralı ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib.
Faktla bağlı şəhər Prokurorluğu araşdırma aparır.
Ehtiram Muradov Bizim.Media