Sultan Əhməd Əli: “Din təhsilinin məqsədi əxlaqi dəyərlərin aşılanması olmalıdır”

Sultan Əhməd Əli: “Din təhsilinin məqsədi əxlaqi dəyərlərin aşılanması olmalıdır”

Hazırda oxunan: Sultan Əhməd Əli: “Din təhsilinin məqsədi əxlaqi dəyərlərin aşılanması olmalıdır”

576776

Bakıda keçirilən “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” beynəlxalq simpoziumda çıxış edən Pakistanın İslamabad şəhərində fəaliyyət göstərən MUSLIM İnstitutunun sədri Sultan Əhməd Əli Bizim.Media-ya açıqlamasında tədbirin əhəmiyyətindən danışıb.

O bildirib ki, bu simpoziumun Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun rəhbərliyi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunması mühüm təşəbbüsdür:
 

“Bu gün bizə ən çox lazım olan şey dini təhsildə Peyğəmbərimizin (s.ə.s.) öyrətdiyi dəyərlərin aşılanmasıdır. Hər bir dini xadim və müəllimin borcu bu mənəvi dəyərləri ilk növbədə öz xarakterində formalaşdırmaq, daha sonra isə bunu dinləyicilərə və şagirdlərə ötürməkdir. Əgər dini tədris bu dəyərləri insanların xarakterində formalaşdırmırsa, biz dinin əsas məqsədini yerinə yetirməmiş oluruq”.


Sultan Əhməd Əli qeyd edib ki, dinin əsas məqsədlərindən biri insanlarda yaxşı əxlaq və davranışın formalaşdırılmasıdır:

“Bu baxımdan Bakıda keçirilən forum çox vaxtında və uğurlu təşəbbüsdür. Əminəm ki, tədbirin sonunda biz bir çox yeni ideyalar öyrənəcəyik”.

Nəzrin Elxan, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO