Başqasının mənzilində məskunlaşmış neçə məcburi köçkün evlə təmin edilib? – RƏSMİ AÇIQLAMA

Başqasının mənzilində məskunlaşmış neçə məcburi köçkün evlə təmin edilib? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Başqasının mənzilində məskunlaşmış neçə məcburi köçkün evlə təmin edilib? – RƏSMİ AÇIQLAMA

576756

Bu günədək işğaldan azad edilmiş ərazilərə başqa vətəndaşa məxsus mənzildə müvəqqəti məskunlaşmış 198 ailə (708 nəfər) köçürülüb.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri sürətlə davam edir.
 

“İşğaldan azad edilmiş ərazilərə ilk növbədə qəzalı və ağır şəraitdə, yataqxana, sanatoriya, yarımçıq tikililər kimi müxtəlif müvəqqəti məskunlaşma obyektlərində, eləcə də başqasına məxsus mənzildə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlər köçürülür. Keçmiş məcburi köçkünlər yalnız qeydiyyatda olduqları şəhər, rayon, kənd və qəsəbə üzrə daimi yaşayış sahəsi ilə təmin edilirlər” – deyə məlumatda qeyd edilib.


Xatırladaq ki, Birinci Qarabağ müharibəsi nəticəsində bir milyona yaxın vətəndaşımız ölkənin müxtəlif ərazilərinə köç etməyə məcbur qalıb. Doğma torpaqlarından didərgin düşən insanlar müvəqqəti olaraq yataqxanalara, təhsil müəssisələrinin binalarına, yarımçıq tikililərə yerləşdiriliblər. Bəzi ailələr isə əsasən Bakıda və Sumqayıtda vətəndaşların şəxsi mənzillərində məskunlaşıb. Bu səbəbdən mənzillərin qanuni sahibləri ilə məcburi köçkünlər arasında zaman-zaman problem yaşanıb, məhkəmə çəkişmələri baş verib.

Günay Şahmar, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO