Azərbaycanda yeni multibrend avtomobillərə xidmət mərkəzi “Motor House” fəaliyyətə başlayıb.
Bizim.Media xəbər verir ki, "Motor House"da multibrend minik avtomobillərinə, yüngül ticari avtomobillərə, həmçinin elektrik avtomobillərinə təmir xidməti və motosikletlərin təmiri xidməti nəzərdə tutulub.
Avtoservis bölümü ən son avadanlıqlarla təmin olunub. İnfrastrukturdan əlavə, həmçinin xidmət heyəti beynəlxalq sertifikasiyalaşmış mütəxəssislərdir.
Burada çalışan hər bir üzv usta köməkçisindən tutmuş, mühəndislərə qədər çalışdıqları sahələr üzrə təlimlərdə iştirak ediblər, beynəlxalq sertifikasiyadan keçiblər. Bu proseslər həm nəzəri, həm də praktiki təlimlərdir.
Multi brend avtomobillərə xidmət göstərəcək bu mərkəzin əsas layihəsi Alman-Türk mühəndislərinin birgə əməyi əsasında ərsəyə gəlib. Layihənin hər bir detalında məhz Alman-Türk təcrübəsi və standartları əsas götürülüb.
Servisdə nümayiş olunan və istifadə olunacaq avadanlıqlar son texnologiyaların nümunələridir. Avtomobil servis mərkəzinin günlük təmir gücü 200-250 avtomobil təşkil edir.
Mühafizə olunan 200 avtomobillik geniş parkinq ərazisi vardır.
"Motor House"da göstərilən xidmətlərə dövri təmir xidmətləri, diaqnostika, elektrik işləri, mühərrik işləri, kosmetik işlər, dəmirçi və boyama işləri, sürətlər qutusu üzrə işlər və digər aidiyyatı işlər aiddir.
Keyfiyyət brendi olaraq sürücülərin yollarda qəza vəziyyətindən qalmalarının aradan qaldırılması məqsədilə yeni bir məhsul bazara daxil olur- Mobil avto təmir xidməti olan "Avto Ambulans".
"Avto Ambulans" yerində təmir xidməti göstərən Azərbaycanda bir ilkdir. Mobil avto təmir xidməti olaraq, dövri təmir xidməti, elektrik işləri, mexanika işləri nəzərdə tutulub. 24 saat xidmət göstərən "Avto Ambulans" avtomobilin ani nasazlığının servisə gəlmədən aradan qaldırılması üçün fəaliyyət göstərir.
Bizim.Media