“ASAN xidmət”in şöbə müdiri Elnur Niftəliyev BDU-nun Jurnalistika fakültəsinin qonağı olub

“ASAN xidmət”in şöbə müdiri Elnur Niftəliyev BDU-nun Jurnalistika fakültəsinin qonağı olub

Hazırda oxunan: “ASAN xidmət”in şöbə müdiri Elnur Niftəliyev BDU-nun Jurnalistika fakültəsinin qonağı olub

576117
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb. 
 
Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova Elnur Niftəliyevin çalışdığı bütün qurumlarda fakültəni uğurlu məzun kimi təmsil etdiyini bildirib. 
 
Elnur Niftəliyev tələbələri fəaliyyət göstərdiyi qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyəti ilə tanış edib, PR  sahəsində çalışmaq istəyən tələbə-jurnalistlərə tövsiyələrini verib. Eyni zamanda böhran hallarında düzgün idarəçilik qaydalarını, KİV-də PR fəaliyyətinin spesifik xüsusiyyətlərini tələbələrin diqqətinə çatdırıb.
İnteraktiv və səmimi görüş çərçivəsində qonaq tələbələrin çoxsaylı suallarını cavablandırıb.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO