Mingəçevirdə gənc oğlan üzərinə benzin töküb özünü yandırdı

Mingəçevirdə gənc oğlan üzərinə benzin töküb özünü yandırdı

Hazırda oxunan: Mingəçevirdə gənc oğlan üzərinə benzin töküb özünü yandırdı

57610

Mingəçevirdə gənc oğlan üzərinə benzin tökərək özünü yandırıb.

Bizim.Media-nın məlumatına görə, hadisə M.Maqomayev küçəsi 81 ünvanında baş verib.

1995-ci il təvəllüdlü şəhər sakini Əzməmmədov Rəsul Ramiz oğlu, ilkin məlumata görə, intihar etmək məqsədilə  üzərinə benzin tökərək özünü yandırıb.

Ətrafdakıların köməyi ilə söndürülən gənc ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Durumu ciddi olan yaralının Bakıdakı klinikalardan birinə köçürülməsi qərara alınıb. 
Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO