AZAL-ın Qazaxıstanın Aktau limanı yaxınlığında qəzaya uğrayan təyyarəsində yaralanan Zaqatala sakini Nurullah Siracov vəfat edib.
Bizim.Media Lent.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat veriblər.
Bildirilib ki, o, bu gün səhər saatlarında yaşadığı evdə dünyasını dəyişib.
Xatırladaq ki, Nurullah Siracov 2024-cü il dekabrın 25-də həyat yoldaşı ilə birgə Qroznıda yaşayan oğlunun yanına gedirmiş.
Qəza zamanı onların hər ikisi xəsarət alaraq, xəstəxanaya yerləşdirilmişdilər.
Bizim.Media