Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, 5-9 ünvanında yaşayan Şahbazovlar ailəsi 4 gündür ki küçədə gecələyir.
Bizim.Media Xəzər.TV-yə istinadən xəbər verir ki, şikayətçinin iddiasına görə, onlar 25 ildir, bu ünvanda yaşayırlar.
Evlərinin bir hissəsinin sənədləri qaydasında olmasa da, onlara bu günə qədər evdən çıxmaq üçün heç bir tələbnamə ilə müraciət edilməyib.
Ev sakini Esmira Şahbazova bildirir ki, 4 gün ərzində onların vəziyyəti ilə heç kim maraqlanmayıb. O, xəstə atası, anası, körpə övladları ilə yağışın altında qalır.
Ətrafda onların ev əşyaları, yığılmış bir neçə paltarları nəzərə çarpır.
Həmçinin, yağışlı havada küçədə dərs hazırlayan uşaq, çarəsizcə dağılan evinin əşyalarına baxan ata yaranan durumdan narahatdırlar.
Onları bu vəziyyətdə görənlər isə qəribə nəzərlərlə baxıb keçir.
Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət edilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bizim.Media