Taksi sürücülərinə ŞAD XƏBƏR – Avtobus zolağına daxil olmağa İCAZƏ VERİLƏ BİLƏR

Taksi sürücülərinə ŞAD XƏBƏR – Avtobus zolağına daxil olmağa İCAZƏ VERİLƏ BİLƏR

Hazırda oxunan: Taksi sürücülərinə ŞAD XƏBƏR – Avtobus zolağına daxil olmağa İCAZƏ VERİLƏ BİLƏR

575827

Bakı yollarında bir neçə ildir ki, avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağan edilib.  Lakin dünya təcrübəsinə görə, bəzi ölkələrdə avtobus zolaqlarından həm də ictimai nəqliyyat sayılan taksilərin də istifadəsinə icazə verilir. Belə ki, sərnişin daşıyan taksilərin tıxacda qalmaması nəzərə alınaraq avtobus zolağına daxil olmasına imkan verilir.  

Maraqlıdır, bu təcrübə ölkəmizdə də tətbiq oluna bilər?

Bizim.Media-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki,  rəsmi qaydada qanuni fəaliyyət göstərən taksilərin avtobus zolağına daxil olmasına imkan yaradıla bilər:

“Bunun üçün müəyyən texniki məsələlər var  ki,  onlar həll olunmalıdır. Mənim bildiyim qədərilə bu məsələ aidiyyəti qurumlarda hazırda müzakirə olunur. Məsələ ilə bağlı şad xəbər olacaq və taksilərə avtobus zolağında hərəkət etməyə icazə veriləcək.

Taksi, moped, velosiped, skuter, avtobus zolağında hərəkət etsə, yol ədalətli şəkildə hərəkət iştirakçıları arasında bölünmüş olar.

Yoxsa ki darısqal yollarda hər nəqliyyat vasitəsi üçün ayrı zolaq çəkmək əlavə problemlər yaradır”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO