2025-ci il ərzində 100-dən çox istismara yararsız təcili tibbi yardım maşınları xidmətdən kənarlaşdırılaraq, yeniləri ilə əvəz edilib.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Məlumatda bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin balansında 2010-cu ildən əvvəl istehsal olunmuş, o cümlədən Sovet istehsalı olan avtomobillər qismən qalır:
“Hazırda bu sahədə yenilənmə prosesi gedir və köhnə avtomobillərin mərhələli şəkildə yeniləri ilə əvəz olunması istiqamətində işlər aparılır. 2025-ci ilə qədər ölkə üzrə 400-ə yaxın yeni ambulans alınaraq istifadəyə verilib.
Bu il ərzində isə əlavə olaraq 80 ədəd “Iveco” markalı təcili tibbi yardım avtomobili alınıb”.
Naibə Məmmədova, Bizim.Media