Əhalinin NƏZƏRİNƏ! Suyun bahalaşması ilə bağlı RƏSMİ AÇIQLAMA

Əhalinin NƏZƏRİNƏ! Suyun bahalaşması ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Əhalinin NƏZƏRİNƏ! Suyun bahalaşması ilə bağlı RƏSMİ AÇIQLAMA

575445

Xəbər verdiyimiz kimi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov bu yaxınlarda bildirib ki, suyun satışında diferensial tarif qaydasına keçiləcək.
 

O qeyd edib ki, bu məsələ “Sudan səmərəli istifadə üzrə Milli Su Strategiyamız”da da öz əksini tapıb. Strategiyada hədəf kimi göstərilib:


“Hazırda bu məsələnin təhlilini aparırıq. Təhlil başa çatdıqdan sonra müvafiq təklifimizi Tarif Şurasına təqdim edəcəyik”.

Ə. Şirinov deyib ki, diferensial tarif əsasən aşağı gəlirli təbəqəni qorumağa xidmət edir:

“Yəni onlar üçün daha güzəştli qiymətlər tətbiq olunur. İkinci mərhələdə daha çox su istifadə edənlər üçün tariflər daha yüksək müəyyənləşdirilir ki, qənaət təşviq edilsin. Aətən diferensial tarif deyəndə insanlar qiymətlərin artacağını düşünürlər. Amma bu, əslində belə deyil.
 

Əksinə, diferensial tarifin məqsədi aşağı gəlirli əhalini qorumaq, onlara güzəştli qiymətlər vermək, kommersiya və çox su istifadə edən obyektlər üçün isə tarifləri daha düzgün səviyyədə müəyyən etməkdir. Bu sahədə biz “Azərqaz” və “Azərişıq” təcrübəsindən də faydalanacağıq.


Çünki onlarda diferensial tarif mexanizmi artıq tətbiq olunub”.

Bəs ADSEA yeni təkliflərini hökümətə göndəribmi? Yeni ildən suyun qiymətində artım olacaqmı?

Bu suallara cavab tapmaq üçün ADSEA-ya sorğu göndərdik. Qurumdan Bizim.Media-ya bildirilib ki, bu məsələ ilə bağlı yeni bir məlumat yoxdur:

“Hökümətə də yeni bir təklif göndərilməyib. Olacağı təqdirdə məlumatı Sizinlə bölüşəcəyik”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO