"Sədərək”dəki sahibkarlara 210 min manat ziyan dəyib – İnsidentlə bağlı YENİ DETALLAR – VİDEO

"Sədərək”dəki sahibkarlara 210 min manat ziyan dəyib – İnsidentlə bağlı YENİ DETALLAR – VİDEO

Hazırda oxunan: "Sədərək”dəki sahibkarlara 210 min manat ziyan dəyib – İnsidentlə bağlı YENİ DETALLAR – VİDEO

575159

"Sədərək” ticarət mərkəzində sahibkarlarla Dövlət Reklam Agentliyi arasında gərginlik yaşanıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Sədərək”də İNSİDENT: Reklam Agentliyinin əməkdaşları döyüldü - ANBAAN VİDEO



Bizim.Media xəbər verir ki, sahibkarlar ticarət mərkəzinin ətrafında onların yerləşdirdiyi ödənişli reklam konstruksiyalarının xəbərdarlıq olmadan dünən səhər tezdən sökülməyə başlandığını iddia ediblər.

Bu addım isə onların narazılığına səbəb olub.

"Sədərək" ticarət mərkəzindən bir qrup sahibkar deyiblər ki, ərazidə 21 reklam lövhəsi dağıdılıb, onlara 210 min manat dəyərində ziyan dəyib.

Nəticədə, bu gün sahibkarlarla Agentlik əməkdaşları arasında gərginlik yaşanıb. Sahibkarlar bu addımın atılmasını qeyri-qanuni hesab etdiklərini deyirlər.

Onlar hesab edirlər ki, belə addımlar ticarət mühitinə mənfi təsir göstərir.

“Sədərək" ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim bildirib ki, qüvvəyə minmiş məhkəmə qərarına əsasən, "Sədərək" bazarının ərazisi özəl mülkiyyət kimi tanınıb və bu barədə Dövlət Reklam Agentliyinə rəsmi məlumat verilib. Özəl mülkiyyətə aid ərazilərdə reklam fəaliyyətinə yalnız mülkiyyətçinin razılığı ilə icazə verilir.

Onun sözlərinə görə, "Sədərək" bazarının ərazisi tam hasarlanıb, mühafizə olunan, giriş-çıxışı idarə olunan özəl ticarət məkanıdır. Reklam konstruksiyaları bazarın daxili ticarət zonasında, yəni ictimai yol və ya bələdiyyə ərazisi ilə əlaqəsi olmayan hissələrdə quraşdırılıb.

Dövlət Reklam Agentliyindən isə bildirilib ki, söküntü işləri qanun çərçivəsində reallaşdırılıb.

Daha ətraflı “Xəzər TV”nin hazırladığı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO