Bakıda gömrük məmurunu qadına görə öldürüblər? - ŞOK DETALLAR

Bakıda gömrük məmurunu qadına görə öldürüblər? - ŞOK DETALLAR

Hazırda oxunan: Bakıda gömrük məmurunu qadına görə öldürüblər? - ŞOK DETALLAR

575012

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı, Suraxanı rayon sakini Ayxan Mustafayevin qətlə yetirilməsinin təfərrüatı bəlli olub.

Bizim.Media “Teleqraf.az”a istinadən xəbər verir ki, A.Mustafayev 17 yaşlı yeniyetmə tərəfindən anasına görə qısqanclıq zəminində öldürülüb.

Hadisə Suraxanıda A.Mustafayevə məxsus mağazanın qarşısında baş verib.

Evdə anasının ağladığını görən gənc bıçaq götürərək sözügedən obyektə yollanıb və orada A.Mustafayevi bıçaqlayıb. Hazırda işlə bağlı istintaq Suraxanı Rayon Prokurorluğu tərəfindən aparılır.
 

Qeyd edək ki, hadisə oktyabrın 11-də baş verib. Əmircan qəsəbəsində Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Ayxan Fəxrəddin oğlu Mustafayev qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü R.Xəlilov saxlanılıb.


1982-ci il təvəllüdlü Ayxan Fəxrəddin oğlu Mustafayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO