Sumqayıt sakininin avtomobilini qaçıran şəxs tutuldu

Hazırda oxunan: Sumqayıt sakininin avtomobilini qaçıran şəxs tutuldu

57381

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə şəhər sakini Q.Əhmədovun “Opel” markalı avtomobilinin yanvarın 25-də 32-ci məhəllə ərazisindən qaçırılması barədə məlumat verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş E.Nöhbalıyev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO