“Şuşa ili” ilə bağlı Tədbirlər Planı: Konsertlər, festival və media-turlar, filmlər...

Hazırda oxunan: “Şuşa ili” ilə bağlı Tədbirlər Planı: Konsertlər, festival və media-turlar, filmlər...

57365

“Şuşa ili” ilə bağlı Tədbirlər Planı hazırlanır.

Bizim.Media xəbər verir ki, Tədbirlər Planına əsasən Şuşadakı mədəniyyət abidələrinin, infrastukturun bərpası daxildir.

Həmçinin il ərzində Şuşada Azərbaycan mədəniyyətinin incisi olan muğamın, xalçaçılıq ənənələrinin dirçəldilməsi üçün işlər görüləcək. Bundan başqa, yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcək, konsert, festival və media-turlar təşkil ediləcək.
 

MÖVZU İLƏ BAĞLI:

“Şuşa mədəniyyətinin inciləri” adlı layihəyə start verildi


Tədbirlər Planına əsasən, Şuşanın daha yaxşı tanıdılması üçün filmlərin çəkilməsi də nəzərdə tutulub.

İl ərzində “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin təşkili, Üzeyir Hacıbəyli musiqi festivalının keçirilməsi planlaşdırılır. Xurşidbanu Natəvanın 190 illik yubileyi ilə əlaqədar Ədəbiyyat festivalının keçirilməsi də nəzərdə tutulub.

Tədbirlər Planının hazırlanmasının yaxın zamanlarda yekunlaşması və təsdiqlənməsi gözlənilir.

Qeyd edək ki, Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı sərənsamla 2022-ci il “Şuşa ili” elan edilib (report).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO