Tovuzda yanğın ticarət mərkəzində olmayıb – TƏFƏRRÜAT - FOTO

Hazırda oxunan: Tovuzda yanğın ticarət mərkəzində olmayıb – TƏFƏRRÜAT - FOTO

57358

Tovuz şəhərində böyük ticarət mərkəzlərində birində yanğın baş verməsi ilə bağlı xəbərlər tam reallığı əks etdirmir. 

Bizim.Media-nın yerli bürosunun apardığı araşdırmalara görə, yanğın ticarət mərkəzinin ərazisində sökülməkdə olan birmərtəbəli binanın yararsız bir otağında baş verib. 

Burada olan 3 kvadratmetr sahədə məişət tullantıları yanıb. Yanğına səbəb bu ərazidə tüfeyli həyat tərzi keçirən və həmin dağışmış oraqda yaşayan 62 yaşlı Ələkbər Ələkbərov olub. 

Belə ki, içki düşkünü olan Ə.Ələkbərov orada gecələyib və çox güman ki, hava soyuq olduğundan isinmək üçün ocaq qalayıb.

O, öz qaladığı ocağ səbəbindən yaranmış yanğında dünyasını dəyişib. Onun meyiti adiyyəti üzrə təhvil verilib.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO