Gəncədə təcili tibbi yardım avtomobili qəzaya düşdü

Gəncədə təcili tibbi yardım avtomobili qəzaya düşdü

Hazırda oxunan: Gəncədə təcili tibbi yardım avtomobili qəzaya düşdü
57342
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan "Mercedes" markalı təcili tibbi yardım avtomobili "KİA Sorento" markalı minik maşını ilə toqquşub. 

Qəzadan sonra təcili yardım avtomobili yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib. 

İlkin versiyaya görə qəzaya səbəb avtomobilərdən birinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO