Bir neçə gün öncə Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində Qəbələ rayon sakini Əhliman Süleymanovun idarə etdiyi “Hovo” və Bakı şəhər sakini Pərvin Fətullayevin idarə etdiyi “Mercedes” markalı avtomobillərin toqquşması xəbərini vermişdik.
”Ucnoqta.az” xəbər verir ki, yaralı vəziyyətdə xəstaxanaya çatdırılan icra başçısının 26 yaşlı oğlu İlham Əsgərli burda bir müddət xəstəxanada qalıb. Ona ilkin tibbi yardımlar göstərilsə də, vəziyyəti həddən artıq pisləşib, burdakı həkimlərin övladına heç bir köməklik edə bilməyəcəyini görən icra başçısı Asif Əsgərov oğlunun təcili Türkiyəyə aparmaq üçün yuxarı dairələrdən ona xüsusi təyyarə verilməsini xahiş edib. Asif Əsgərovun xahişi nəzərə alınıb. Nəticədə icra başçısının oğlu yaralı vəziyyətdə xüsusi təyyarə ilə Türkiyəyə aparılıb. Hal-hazırda Türkiyədəki xəstəxanalardan birində olan İlham Əsgərlinin vəziyyətinin yaxşı olmadığı bildirilir.
Məsələ ilə bağlı İlham Əsgərlinin atası Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovla əlaqə saxlamaq istəsək də, cəhdləri baş tutmayıb.







































































































