Fazil Mustafadan Təhsil Nazirliyinə ETİRAZ:

Fazil Mustafadan Təhsil Nazirliyinə ETİRAZ: "Müəllimə verilən töhmət ləğv olunmalıdır"

Hazırda oxunan: Fazil Mustafadan Təhsil Nazirliyinə ETİRAZ: "Müəllimə verilən töhmət ləğv olunmalıdır"

57272

“Bakıda 165 saylı məktəbdə şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışına görə araşdırılma aparılıb və dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib. Bu nə cəsarətsizlik, bu nə qorxaqlıq? Müəllimi belə aşağılamağa, töhmətləməyə kim haqq verib sizlərə? Sosial şəbəkədə yüz şeylər paylaşıla bilər, şagird tərbiyəli davranmırsa, müəllim islah-əmək müəssisəsinin rəhbəri deyil ki? Ayağını qaldırıb partanın üzərinə qoyub video çəkdirən şagirdi müəllim bilmirsiniz niyə görməyib?”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Facebook səhifəsində deputat Fazil Mustafa yazıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan məktəbində BİABIRÇILIQ: Şagirdlər sinif otağında elə hərəkətlər etdilər ki... - VİDEO


Onun sözlərinə görə, normal dərs keçmək əvəzinə müəllim gündəlik səhifələrlə dolu formal sənədləri doldurmalı olur:

“İcmal, gündəlik, formativ jurnal və başqa tələb olunan mənasız yazılar müəllimi dərsə diqqət yetirməkdən məhrum edib. Nə dərsə hazırlaşmağa vaxtı olur, nə də sinifdə hansısa uşağa qəlbə dəyən söz deməyə. Dərhal tökülüb gəlirlər ki, uşağın ustünə çığırmısan.  Hələ serifikasiyaya hazırlaşmağı demirəm”.

Deputat hesab edir ki, 45-50 yaşdan yuxarı bütün müəllimlərə aid sertifikat tələbini ləğv etmək lazımdır:

“Onların 15-20 illik təcrübəsi şagirdə bilik verməyə kifayət edər. Bu qədər gərginliyin altında qalan müəllimə şagirdlərin tərbiyəsiz hərəkətinə görə hələ bir töhmət də verirlər. Mən bu müəllimi tanımıram.
 

Ancaq məhz bu məsələyə görə onun hüquqlarını qorumağa hazıram. Düşünürəm ki, vurulan mənəvi zərbəyə görə birbaşa təhsil naziri şəxsən həmin müəllimdən üzr istəməlidir və töhmət dərhal ləğv olunmalıdır”.


Milli Məclis üzvü müəllimi belə məsələlərə görə günahkar çıxarmanın tam əleyhinə olduğunu deyib:

“Azərbaycanın dəyərli müəllimlərini qorumaq, onlara mənəvi dəstək vermək lazımdır. Şagirdləri bu şəkildə müəllimlərin üzərinə qaldırmaq olmaz. Əlbəttə, pis niyyətli, qaba xarakterli,  savadsız müəllimlər də ola bilər, bu konkret faktlar və konkret davranışlar üzrə dəyərləndirilməlidir. Ancaq həmin videogörüntüdəki şagirdlərin hərəkətinə görə müəllimin cəzalandırılması tamamilə yanlışdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO