Yanvarın son günlərində hava necə olacaq? - PROQNOZ

Hazırda oxunan: Yanvarın son günlərində hava necə olacaq? - PROQNOZ

57258

Yüksək dağlıq ərazilərdə arabir güclənən cənub-qərb küləyinin əsməsi və temperaturun nisbətən yüksəlməsi qar uçqunlarının baş verməsinə səbəb ola bilər.

Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva yerli KİV-lərə açıqlamasında deyib.

"Yağıntılar daha çox ölkənin şərq hissəsində qeydə alınıb. Ölkədə 25 gün ərzində aylıq normadan 27-43 faiz çox yağıntı düşüb. Bakı və Abşeron yarmadasında isə 11 gün yağıntı qeydə alınıb ki, onun 4-ü sulu qar və qar halında olub", - deyə U.Tağıyeva bildirib.

Onun sözlərinə görə, növbəti yağıntılı soyuq hava cəbhəsi yanvarın 27-də gözlənilir.

Əlverişsiz hava yanvarın 28-i günortayadək davam edəcək. Bu dövr ərzində bölgələrdə sulu qar və qar halında yağıntıların olacağı proqnozlaşdırılır. Bakıda yağış yağacağı, axşam və gecə saatlarına yaxın isə sulu qara keçəcəyi gözlənilir. Havanın temperaturu 2-5 dərəcə C arasında olacaq.

Abşeron üçün belə proseslərdə xarakterik olan şimal-qərb küləyinin yanvarın 27-i güclənməsi, 28-i isə tədricən günün birinci yarısında zəifləməsi gözlənilir. Küləyin maksimal sürəti 20-23 m/s olacaq.
Ayın son günləri isə hava yağıntısız və nisbətən sabit keçəcək. Bakıda hava bəzı saatlarda dəyişkən buludlu olacaq, bəzi vaxtlarda isə cənub küləyi (gilavar) güclənəcək. Yüksək dağlıq ərazilərdə arabir güclənən cənub-qərb küləyinin əsməsi və temperaturun nisbətən yüksəlməsi qar uçqunlarının baş verməsinə səbəb ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO