"Azdrama"nın aktyorları koronavirusa yoluxdu - Teatr bağlandı

Hazırda oxunan: "Azdrama"nın aktyorları koronavirusa yoluxdu - Teatr bağlandı

57247

“Son günlər Akademik Milli Dram Teatrının əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi qərara alınıb. Belə ki, yanvar ayının 23-dən fevral ayının 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub”.

Bizim.Media xəbər verir ki, bu fikirlər Teatrın Facebook səhifəsində yer alıb.

“Qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınıb, teatrın inzibati binasına giriş-çıxış fevralın 7-dək məhdudlaşdırılıb. 

Həmin tarixlərdə nəzərdə tutulan tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq”, deyə mənbə yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO