Polisdən ƏMƏLİYYAT: Narkotik satanlar tutuldu

Hazırda oxunan: Polisdən ƏMƏLİYYAT: Narkotik satanlar tutuldu

57229

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəbəkə aşkarlanıb. 

Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Xudat şəhər sakinləri Marat Mirzəyev, Samir Mirzəyev, Reyhan Mirzəyeva, Murad Qazıyev və Asif Abdullayev saxlanılıblar. 

Saxlanılan zaman onların üzərindən hazır bükümlərdə psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. 

Daha sonra isə əməliyyatçılar həmin şəxslərin yaşadıqları mənzillərə baxış keçiriblər. Evə baxış zamanı oradan əlavə olaraq metamfetamin və heroin aşkar olunaraq götürülüb. 
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO