Sinif otağındakı biabırçılıq paytaxtın bu məktəbində baş verib - VİDEO

Hazırda oxunan: Sinif otağındakı biabırçılıq paytaxtın bu məktəbində baş verib - VİDEO

57226

Azərbaycanda orta məktəblərin birində qeyri-etik hərəkətlər edən şagirdlərin videosu yayılmışdı. 

Görüntülərdə bir şagirdin partanın üstünə ayağını qoyduğu, digərlərinin isə müəllimin başına portret vurmaq istədiyi görünür. Müəllimin isə əyləşdiyi yerdə baş verənlərə heç bir reaksiya vermədiyi əks olunur. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan məktəbində BİABIRÇILIQ: Şagirdlər sinif otağında elə hərəkətlər etdilər ki... - VİDEO


Araşdırma zamanı məlum olub ki, şagirdlərin qeyri-etik hərəkətləri paytaxtın Xətai rayonu, NZS qəsəbəsində yerləşən 165 saylı məktəbdə baş verib. 

Bu barədə məlumatı Bizim.Media-ya təhsil eksperti Kamran Əsədov verib.  

Qeyd edək ki, Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov görüntülərin Azərbaycan məktəbində baş vermədiyini bildirmişdi. 

Alçina Amilqızı, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO