Avropalı gənc fotoqraflar Gəncədə ermənilərin dağıtdığı ərazilərdə oldular - FOTO

Hazırda oxunan: Avropalı gənc fotoqraflar Gəncədə ermənilərin dağıtdığı ərazilərdə oldular - FOTO

57222

“Şuşaya, Ağdama, Gəncəyə olan səfərlərimiz bütün fotoqraflar kimi məni də dəhşətə gətirdi. Burada gördüklərimiz əsl vəhşiliyin nümunəsidir. Şəhərlər dağılıb, xarabalığa çevrilib. Gəncədə dinc əhaliyə atılan raketlərin törətdikləri dağıntıları öz gözlərimizlə gördük. Burada xeyli sayda dinc əhalinin bombalar altında öldüklərini, aralarında körpələrin və uşaqların, qocaların olduqları yüzlərcə insanın yaralandığını bizə dedilər. Buna çox üzüldük”. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu açıqlamanı xarici ölkələrdən olan fotoqraflarla birgə Gəncəyə gələn ukraynali fotoqraf Serqey Kiorq verib. 

O, əlavə edib ki, müharibə olması və hər yerin dağıdılması, insanların ölməsi çox üzücüdür və gördüklərindən çox kədərlənir. S.Kiorq çəkdiyi foto şəkilləri geniş ictimaiyyət kütləsinə paylaşacaq. 

Məlumat üçün bildirək ki, xarici ölkələrdən olan fotoqrafların ölkəmizə səfəri “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun XV qrant müsabiqəsində qalib olan “Vətən Müharibəsi Avropalı Fotoqrafların Gözü İlə” layihəsi çərçivəsində reallaşıb. 

Layihə planına görə 24-28 yanvar 2022-ci il tarixilərində Avropalı gənclərin iştirakı ilə işğaldan azad olunmuş ərazilərə səfərlər təşkil olunacaq.
Layihədə Azərbaycan, Gürcüstan, Ukrayna, Fransa, İtaliya, Polşa və Litvadan olan 10 gənc fotoqraf iştirak edəcək. Səfər zamanı foto çəkiliş olacaq, juri tərəfindən seçilən 20 foto Gəncə şəhərində təşkil olunacaq sərgidə nümayiş olunacaq. 

Məqsəd Rəhimov, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO