İki aydır itkin düşən neftçinin axtarışı ilə bağlı yeni TAPŞIRIQ - RƏSMİ 

Hazırda oxunan: İki aydır itkin düşən neftçinin axtarışı ilə bağlı yeni TAPŞIRIQ - RƏSMİ 

57221

İki aya yaxındır itkin düşən SOCAR işçisindən hələ xəbər yoxdur. Dekabrın 1-dən Neft Daşlarında itkin düşən SOCAR-ın elektrik montyoru Mürsəl Həsənəli oğlu Namazov hələki tapılmayıb.

Bu barədə Bizim.Media-ya SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

Onun sözlərinə görə təssüf ki, itkin neftçinin harada olması, bununla bağlı hər hansı ehtimal və məlumat yoxdur. 

İtkin neftçinin axtarış tədbirlərinə gəlincə, qurum rəsmisi qeyd edib ki, hazırda gəmilər, dalğıclar və helikopter vasitəsilə axtarışlar davam etdirilir:

“Təssüf ki, nəticə verməyib. Bütün vasitələrlə axtarışlar təbii ki, aylar və illərlə davam etdirə bilməz. Bu baxımdan hazırda helikopterlərə tapşırıq verilib ki, dənizin səthini daim nəzarətdə saxlasınlar. İnsana bənzər hər hansı iz və ya əşya aşkarlayarlarsa, xəbərdar versinlər. O zaman dənizdə gəmilər yola düşəcək”.

Qeyd edək ki, 1972-ci il təvəllüdlü Mürsəl Namazov dekabrın 1-i gecə növbəsində işləyərkən itkin düşüb. Sonuncu dəfə o, saat 05:45 radələrində iş yerində görünüb. Daha sonra Mürsəl Namazovu görən olmayıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO