Kitab oxumayan cəmiyyətlərdə cinayətlər daha çox artır - Sosioloqdan XƏBƏRDARLIQ

Hazırda oxunan: Kitab oxumayan cəmiyyətlərdə cinayətlər daha çox artır - Sosioloqdan XƏBƏRDARLIQ

56860

Bakıda ağır və xüsusilə ağır cinayətlərin sayı 62,9 % artıb.

Bizim.Media Bakı Şəhər Prokurorluğun məlumatına istinadən xəbər verir ki, 2021-ci il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə cəmi 12761 törədilmiş cinayət hadisəsi qeydiyyata alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Kitab BAZARI - Qiymətlər niyə od tutub, yanır?


Bu da 2020-ci illə müqayisədə 21,4 % artım deməkdir. 

Təsadüfi deyildir ki, son illər ölkə mətbuatında yayımlanan bir çox xəbərlər ağır cinayət hadisələri haqqında olur. 

Sosioloq Əhməd Qəşəmoğlu Bizim.Media-ya açıqlamasında bildirib ki, cinayət hallarının artmasında səbəb müvafiq orqanların köhnə qaydalarla işləməsidir: 

“Cəmiyyət günü-gündən xarakterini dəyişir, mürəkkəbləşir. İndiki cəmiyyət 10-20 il əvvəlki kimi deyil. Hazırki cinayətlərin qarşısının alnmasında yeni metodlar tətbiq olunmalıdır. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi indiki metodlar çox köhnəlib. Biz cinayətlərin azalmasını istəyiriksə 30-35 il əvvəlki üsullardan istifadə etməməliyik. Cəmiyyət məzmununu dəyişib mürəkkəbləşibsə, bu sahədə yeni addımlar atılmalıdır. Bu sahədə elmi mərkəzlər olmalı, təhlillər aparılmalıdır”.

Sosioloq həmçinin cinayət hallarının artmasını mühitdə baş verən hadislərlə də əlaqələndirib. Onun sözlərinə görə, əksər insanlar maariflənmədən yayınır:

“İnsanın davranışının formalaşmasına təsir edən 4 mühüm amil var. Bunlar:

1) İnsanın şəxsi mənəvi xüsusiyyətlər;

2) Mühit;

3) Aldığı informasiyalar;

4) Üstünlük verdiyi dəyərlərdir. 

Mühit elədir ki, insanda xoşagəlməz, neqativ bir hal olanda ona meyl edə həmçinin geri çevirə də bilər.


Amma təəssüf ki, neqativ hallara meyl daha çoxdur. Buna misal olaraq, qanuni oğrular haqqında kitabların yazılmasını, onların qəhrəmanlaşdırılmasını göstərə bilərik. İnsanlar əvvəlki kimi mənəvi dəyərlər aşılayan kitablar oxumur, filmlər izləmirlər. Belə hal davam edərsə, bu il və növbəti illərdə cinayət hallarında daha çox artımı müşahidə edəcəyik”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO