Bakıda bu yolda hərəkət birtərəfli olacaq - VİDEO

Hazırda oxunan: Bakıda bu yolda hərəkət birtərəfli olacaq - VİDEO

56850

Nərimanov rayonunun Əlicabbar Orucəliyev küçəsində hərəkət bir tərəfli təşkil edilib.

Bakı Nəqliyyat Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, nizamsız nəqliyyat şəraiti, pərakəndə parklanma və piyadaların rahat hərəkəti üçün əlverişsiz vəziyyətin müşahidə edildiyi Nərimanov rayonunun Əlicabbar Orucəliyev küçəsində yenidənqurma işləri aparılıb.

"Burada yolun zəif buraxıcılıq qabiliyyəti, yol nişanlarının çatışmazlığı, nişanlanma xətlərinin olmaması davamlı nəqliyyat axınına ciddi maneələr yaradırdı. Kompleks təhlillərə əsaslanan layihə Bakı Nəqliyyat Agentliyinin təklifləri əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilib.

Heydər Əliyev prospektindən Təbriz küçəsi istiqamətində sıxlığın və nizamsızlığın aradan qaldırılması üçün hərəkət birtərəfli təşkil edilib".

Qeyd edilir ki, 7 məntəqədə nizamlanmayan eyni səviyyəli piyada keçidləri, 120 avtomobil üçün parklanma yerləri təşkil edilib, səkilərin bəzi hissələrində genişləndirmə işləri aparılıb, müvafiq yol nişanları quraşdırılıb və nişanlanma xətləri çəkilib:

"Nəticədə küçənin buraxıcılıq qabiliyyəti artıb, parklanma şəraiti tənzimlənib, əlçatanlıq səviyyəsi artıb, piyadaların təhlükəsizliyi və rahatlığı təmin olunub.
Sürücülərdən yol hərəkəti qaydalarına riayət etməyi, Təbriz küçəsindən Heydər Əliyev prospektinə yönəlmək istəyərkən İzzədin Həsənoğlu, Aşıq Molla Cümə, Mirzəbala Əhmədzadə, Ağa Nemətulla kimi digər alternativ küçələrdən istifadə etməyi tövsiyə edirik".

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO