
- A-
- A
- A+
Cəmiyyət
10:47 / 24.01.2022
DİN-dən Bərdədəki qətllə bağlı AÇIQLAMA
Hazırda oxunan: DİN-dən Bərdədəki qətllə bağlı AÇIQLAMA
56835
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Daxili İşlər Nazirliyi (DİN) Bərdədəki qətllə bağlı məlumat yayıb.
DİN-dən Bizim.Media-ya verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinə yanvarın 22-də Lənbəran kəndi ərazisində kənd sakini S.Hacıyevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi İsrafil Hüseynova xəsarət yetirməsi barədə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Xəstəxanaya yerləşdirilən İ.Hüseynov ölüb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hacıyev polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Ondan cinayətin aləti olan “Adler Arms” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































