Goranboy qəzasında ölənlərin sayı 3-ə çatdı

Hazırda oxunan: Goranboy qəzasında ölənlərin sayı 3-ə çatdı

56765

Xəbər verdiyimiz kimi, Goranboyda ağır yol qəzası olub.

Nəticədə 2 bacı ölüb, 5 nəfər (bir azyaşlı uşaq, iki kişi və iki qadın) xəstəxanaya aparılıb.

Hadisə Naftalan-Qızılhacılı avtomobil yolunda baş verib.

MÖVZU İLƏ BAĞLI:

Goranboyda ölən və yaralananların adları açıqlandı - ÖZƏL / FOTO


Bizim.Media xəbər verir ki, ölənlərin sayı artıq 3-ə çatıb. Bu, 1972-ci il təvəllüdlü Əliyeva Dilarədir

Xatırladaq ki, iki bacı - 1968-ci il təvəllüdlü, Təhlə kənd sakini Tanrıverdiyeva Aybəniz Əli qızı, 1964-cü il təvəllüdlü, Təhlə kənd sakini Tanrıverdiyava Vəzifə Əli qızı dünyasını dəyişib.

Xəsarət alanlar isə 1982-ci il təvəllüdlü, Təhlə kənd sakini Əliyev Rəsul Eldar oğlu, 9 yaşlı Əlizadə Cəmilə Rəsul qızı, 1990-cı il təvəllüdlü, Təhlə kənd sakini Əliyeva Sənəm Məmməd qızı, VAZ-2199 markalı avtomobilin sürücüsü 1984-cü il təvəllüdlü, Qızılhacılı qəsəbə sakini Orucov İkram İbrahim oğludur.

Xatırladaq ki, VAZ-2109 (22 BF 937) və VAZ-2199 (20 EM 319) markalı avtomobillərin toqquşması faciəyə səbəb olub. 

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO