Hökumətin ərzaq təminatı sahəsində “qırmızı xətt”ləri AÇIQLANDI

Hökumətin ərzaq təminatı sahəsində “qırmızı xətt”ləri AÇIQLANDI

Hazırda oxunan: Hökumətin ərzaq təminatı sahəsində “qırmızı xətt”ləri AÇIQLANDI

56532

Azərbaycan hökuməti əsas ərzaq məhsulları ilə təminat sahəsindəki prinsipləri açıqlayıb.

Nazirlər Kabinetindən Bizim.Media-ya bildirilib ki, hökumət idxalı deyil, istehsalı subsidiyalaşdırmaq xəttini qəbul edir.

Qeyd olunub ki, yanvarın 18-də Nazirlər Kabinetində keçirilmiş Hökumətin iclasında Baş nazir Əli Əsədovun yekun nitqində səsləndirilib, əsas ərzaq məhsulları, xüsusilə də taxıl ilə təminat sahəsində verilmiş tapşırıqların əsasını 6 baza prinsip təşkil edir.

Bu prinsiplər əsas ərzaq məhsulları ilə təminatın strategiyasının təməl prinsipləridir.

- Baza prinsip odur ki, ərzaq təhlükəsizliyində, əsas məhsullar üzrə ağırlıq mərkəzi əsasən yerli istehsalın üzərinə keçirilir. Məhsulun maya dəyərini aşağı salmaq, keyfiyyətini yüksəltmək və həcmini artırmaq;

- Bu baza prinsipdən çıxan ikinci baza prinsip odur ki, hökumət idxalı deyil, istehsalı subsidiyalaşdırmaq xəttini qəbul edir;

- Üçüncü prinsip əsas ərzaq məhsullarının qiymətinin liberallaşdırılmasıdır. Bu, sahibkar üçün çox mühüm stimuldur;

- İki qırmızı xətt müəyyənləşdirilib: birincisi, süni qiymət artımına yol verməmək, ikincisi, sahibkarların marjasının təmin olunmasıdır;

- Haqsız rəqabətə qarşı mübarizə gücləndiriləcək;

- Subsidiyaların nəticəyə görə verilməsi prinsipi. Bu prinsip subsidiyalaşma sahəsində şəffaflığı artırmaq və daha çox məhsul istehsalını stimullaşdırmaq məqsədi daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO