Ölkə ərazisində qazlaşdırılmayan yaşayış məntəqələri də mövcuddur. Bu, təxminən 900-ə yaxın yaşayış məntəqəsidir. Onların bir qisminin qazlaşdırılması texniki-iqtisadi cəhətdən səmərəsizdir. Yeni yaşayış massivləri mövcuddur ki, bunların da qazlaşdırılması “Azəriqaz” İstehsalat Birliyinin daxili imkanları hesabına mərhələli şəkildə həyata keçirilir.
Bizim.Media xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin şöbə rəisi Teymur Cəfərov jurnalistlərə açıqlamasında bildirib.
Bu il 110 yaşayış massivinin qazlaşdırılmasının nəzərdə tutulduğunu söyləyən şöbə rəisi deyib:
“Bu, hər il olduğu kimi artım dinamikası ilə həyata keçirilir. Son 10 ildə 1675 yaşayış məntəqəsi qazlaşdırılıb. Ölkə ərazisində əhali üzrə qazlaşdırmanın səviyyəsi isə 96,3 faiz təşkil edir”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:16 / 21.01.2022
Ölkədə 900-ə yaxın yaşayış məntəqəsi qazlaşdırılmayıb
Hazırda oxunan: Ölkədə 900-ə yaxın yaşayış məntəqəsi qazlaşdırılmayıb
Hazırda oxunan: Ölkədə 900-ə yaxın yaşayış məntəqəsi qazlaşdırılmayıb
56487
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.