Qarlı havada 10-a yaxın avtomobil qəzaya düşdü, yaralılar var - FOTO

Qarlı havada 10-a yaxın avtomobil qəzaya düşdü, yaralılar var - FOTO

Hazırda oxunan: Qarlı havada 10-a yaxın avtomobil qəzaya düşdü, yaralılar var - FOTO
56312
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şamaxı, İsmayıllı və Ağsu rayonları ərazisindən keçən yollarda bir neçə avtomobil qəzası baş verib.

Bizim.Media xəbər verir ki, bu ərazilərə yağan güclü qar, həmçinin duman və buz səbəbindən 10-a yaxın nəqliyyat vasitəsi sürüşərək bir-biri ilə toqquşub, yoldan çıxaraq aşıb, ağaca çırpılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

QARLI HAVA: DYP yollardakı vəziyyəti açıqladı - VİDEO


Onlarla avtomobil hərəkət edə bilmədiyi üçün yolda qalıb, sürücülər və sərnişinlər yolların təmizlənməsini gözləyirlər. 

Şamaxı şəhəri ərazisində "NİVA" və "Mercedes Vita" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda yolların qardan təmizlənməsi işləri görülsə də, qar yağmaqda davam edir, nəqliyyatın hərəkəti yenidən çətinləşir. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO