Teymur Musayevdən nazir kimi ilk AÇIQLAMA - “Omikron”a yoluxma halları artır”

Teymur Musayevdən nazir kimi ilk AÇIQLAMA - “Omikron”a yoluxma halları artır”

Hazırda oxunan: Teymur Musayevdən nazir kimi ilk AÇIQLAMA - “Omikron”a yoluxma halları artır”

56296

“Bildiyiniz kimi, “omikron” ştamı geniş yayılmaqdadır. Bununla bağlı rəqəmlər artmaqdadır”.

Bizim.Media xəbər verir ki, yeni səhiyyə naziri təyin olunan Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, yoluxanların təxminən 40 faizi “omikron”a yoluxmadır.
 

MÖVZU İLƏ BAĞLI:

Yeni təyin olunan səhiyyə naziri kimdir? - DOSYE


“Dünyanın digər ölkələrində də “omikron” ştamı geniş yayılmaqdadır. Digər ştamlardan fərqli olaraq, onun yoluxuculuğu daha çoxdur. Bununla yanaşı, yoluxma sayında da artım müşahidə olunur. Ona görə də hər birinizi mövcud vəziyyətdə karantin rejiminə, fərdi gigiyenik qaydalara düzgün şəkildə riayət etməyə çağırıram.

Hələlik qapanma və karantin rejiminin sərtləşdirilməsinə əsas yoxdur. Vəziyyət nəzarət altındadır. Mövcud olan çarpayı fondu və tələb olunan digər lazımi tibbi avadanlıqlar yüksək səviyyədədir. Təbii ki, yoluxmaların gedişatı növbəti addımların atılmasını göstərəcək”, - deyə nazir vurğulayıb.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO