Narkotik qəbul edib taksi sürən şəxs saxlanıldı

Narkotik qəbul edib taksi sürən şəxs saxlanıldı

Hazırda oxunan: Narkotik qəbul edib taksi sürən şəxs saxlanıldı

56246

Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsü yol hərəkət qaydasını pozduğu üçün saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini Şaiq Məmmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, polis şöbəsinə gətirilib və tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən, Ş.Məmmədovun narkotik vasitədən istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO