Bakıda bir neçə məşhur restoran cərimələndi

Hazırda oxunan: Bakıda bir neçə məşhur restoran cərimələndi

56051

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində 2022-ci il yanvarın 17-də ölkə üzrə 430 ictimai iaşə obyektində 768 monitorinq keçirilib.

Bizim.Media-nın məlumatına görə, AQTA-dan bildirilib ki, monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail rayonu, Qüllə küç., ev 22 ünvanında yerləşən, fiziki şəxs Məmmədli Məzahir Fərman oğluna məxsus “Gulle Garden” restoranı;

2. Bakı şəhəri, Nizami rayonu, Qarayev prospekti 39 ünvanında yerləşən, hüquqi şəxs “Es-Er” MMC-yə məxsus “Biz-Bizə” restoranı;

3. Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küç., ev 76 ünvanında yerləşən, fiziki şəxs Abbasov Rəşad Xanlar oğluna məxsus “Beyaz” restoranı;

4. Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küç., ev 26, m. 17/18 ünvanında yerləşən, fiziki şəxs Səlimzadə Nərminə Həsənağa qızına məxsus kafe;

5. Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küç., ev 148B ünvanında yerləşən, fiziki şəxs Xankişiyev Aslan Elman oğluna məxsus “Qoç ət” restoranı;

6. Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 65 ünvanında yerləşən, fiziki şəxs Əmrullayev Qabil Fazil oğluna məxsus “Qağayı” çay evi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO