DTX onlara qarşı əməliyyat keçirdi - SAXLANILANLAR VAR

Hazırda oxunan: DTX onlara qarşı əməliyyat keçirdi - SAXLANILANLAR VAR

56018

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxslərlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media DTX-ya istinadla xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılmış araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - 1976-cı il təvəllüdlü Hüseynov Seymur Əliş oğlunun1970-ci il təvəllüdlü Novruzbəyov Elxan Əmənulla oğlunun ölkəni tərk edib əvvəlcə İran İslam Respublikasının Tehran şəhərinə, oradan isə qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olmaq üçün qeyri-leqal yolla digər xarici dövlətlərin ərazisinə keçərək cinayətkar dəstələrə qoşulmaqla onların tərkibində döyüş təlimlərində və silahlı münaqişələrdə iştirakına dair əsaslı şübhələr müəyyən edilib.

İstintaq müddətində məlum olub ki, S.Hüseynov “Abuzər” ləqəbli şəxsin, E.Novruzbəyov isə Qasımov Vüsal Qəzənfəroviçin rəhbərlik etdiyi, qanunvericiliklə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olublar.

Faktla bağlı DTX-də istintaqı aparılan cinayət işi üzrə hər iki şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO