İçərişəhər metrosu qarşısında bizi hər gün Hacı Zeynalabdin Tağıyev qarşılayacaq  - VİDEOREPORTAJ

Hazırda oxunan: İçərişəhər metrosu qarşısında bizi hər gün Hacı Zeynalabdin Tağıyev qarşılayacaq  - VİDEOREPORTAJ

55987

Xəbər verdiyimiz kimi, yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışı baş tutub.

Bizim.Media bildirir ki, ötən il martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüş keçirilmişdi.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında iştirak etdi - FOTO+VİDEO/YENİLƏNİB


Həmin görüşdə əməkdar artist Bəhram Bağırzadə tərəfindən Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəlinin ucaldılması barədə təklif səsləndirilmişdi.

Daha sonra Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan etmişdi. Həmin müsabiqədə xalq rəssamı Xanlar Əhmədovun layihəsi qalib olmuşdu. 

Bundan sonra verilən sözə əməl edilərək Hacı Zeynalabdin Tağıyevin abidəsi İçəri Şəhər metrostansiyası qarşısında ucaldılıb.

Ölkədə koronavirusla bağlı kütləvi tədbirlər ləğv olunduğu üçün heykəlin açılışı bir qədər təxirə salınmışdı.

Əməkdaşlarımız heykəlin açılşından sonra şəhərimizin sakinlərinin düşüncəsini də öyrənərək həmin yerdən videoreportaj hazırlayıblar.

Həmin videomaterialı təqdim edirik:

Xədicə Ağayeva, Bizim.Media 

 





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO