COVID pasportu olmayanlar Şuşa avtobusuna buraxılmayacaq - RƏSMİ 

Hazırda oxunan: COVID pasportu olmayanlar Şuşa avtobusuna buraxılmayacaq - RƏSMİ 

55929

Xəbər verildiyi kimi yanvarın 24-dən Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir. Nəzərdə tutulan marşrut xətləri Bakı - Şuşa - Bakı, Əhmədbəyli - Şuşa - Əhmədbəyli, Bakı - Ağdam - Bakı və Bərdə - Ağdam - Bərdədir. 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Günay Əliyeva Bizim.Media-ya açıqlamasında Şuşaya və digər azad olunmuş ərazilərə getmək istəyən vətəndaşlardan COVİD pasportunun tələb olunacağını açıqlayıb:
 

MÖVZU İLƏ BAĞLI:

7 gün sonra Şuşaya avtobus marşurutu açılır – Getmək istəyənlərə hansı tələb qoyulacaq? – RƏSMİ CAVAB 


“Vətəndaşlar nəzərdə tutulan marşrut xətləri üzrə işğaldan azad olunmuş ərazilərimizə COVID pasportsuz gedə bilməyəcəklər”. 

Qeyd edək ki, sərnişindaşımada sistemliliyin, növbəliliyin təmin edilməsi, kvotalara ciddi riayət edilməsi, müvafiq məlumat bazasının formalaşdırılması üçün sözügedən marşrut xətləri üzrə bilet satışının onlayn qaydada həyata keçirilməsi nəzərdə tutulur.
 

Qeyd edək ki, Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti 7, manat, Bərdə-Ağdam Bərdə üzrə biletin qiymətyi isə 7 manat olacaq. 


Bu qiymətlər yalnız bir istiqamətədir və hər sərnişin cəmi ildə bir dəfə səfər edə biləcək.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO