10 gündür kanala düşən kişinin meyiti çıxarıldı

Hazırda oxunan: 10 gündür kanala düşən kişinin meyiti çıxarıldı

55801

Yanvarın 10-da Xızıda  idarə etdiyi "Niva" markalı avtomobillə Taxtakörpü -Ceyranbatan su kanalına düşən Sumqayıt sakini, 47 yaşlı Hekayət İbrahimovun meyiti bu gün tapılıb.

Bizim.Media xəbər verir ki, həmin gün avtomaşın dərhal sudan çıxarılsa da sahibinin meyiti tapılmamışdı.

Axtarışlardan sonra mərhumun meyiti Taxtakörpü-Ceyranbatan kanalının Abşeron ərazisində aşkar edilərək tibbi ekspertizaya göndərilib.

Xızı rayon prokurorluğunda fakt üzrə araşdırma başlayıb.

Qeyd edək ki, Hekayət İbrahimov Xızının Sitalçay qəsəbəsi ərazisində maldarlıqla məşğul olub.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO