“Bəy hamamı” 4000 manat cərimələndi

Hazırda oxunan: “Bəy hamamı” 4000 manat cərimələndi

55788

Şəmkirdə karantin rejimini pozan SPA mərkəzi aşkarlanıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Şəmkir rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları xidmət aparan zaman rayon ərazisindəki “Bəy hamamı” adlı SPA mərkəzinin sanitar-karantin qaydalarına zidd olaraq əməkdaşlarının və bir neçə müştərinin müvafiq COVİD-19 pasportlarının olmadan fəaliyyət göstərməsini aşkarlayıb. 

Polis əməkdaşları dərhal obyekt barəsində qanuna müvafiq tədbir görüb.

Belə ki, obyekt sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 4000 manat miqdarında, orada işləyən və müştərilər barəsində isə eyni maddənin tələbi ilə 200 manat miqdarında cərimə edilib.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO