“Şərq-Qərb” nəşriyyatında KÜTLƏVİ ixtisar – Direktor müavinindən AÇIQLAMA

Hazırda oxunan: “Şərq-Qərb” nəşriyyatında KÜTLƏVİ ixtisar – Direktor müavinindən AÇIQLAMA

55768

“Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətində kütləvi ixtisar olub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə təxminən 4-5 gün əvvəl nəşriyyatda çalışan 12 nəfər şəxsin işinə son verilib. 

"Şərq-Qərb” nəşriyyatının kadrlar şöbəsinin müdiri Sevil Daşdəmirova Bizim.Media-ya açıqlamasında faktı qismən təsdiqləsə də, işdən çıxarılanların sayı və səbəbi ilə bağlı məlumat vermək istəməyib:

“Biz 12 nəfəri işdən çıxarmamışıq və ixtisar olmayıb. Ümumiyyətlə nəşriyyatda mövsümi işçilər olur. Hansı ki, onlarla müqavilə bağlanır. Müqavilə müddətinin bitməsi səbəbindən də müvafiq qanunvericilikdə olan Əmək Məcəlləsinin maddəsinə uyğun olaraq şəxs işdən kənarlaşdırılır. Işçini işə götürəndə də özünə deyirik. Bildiririk ki, işə dərsliklərin nəşri ilə bağlı mövsümü olaraq 2-3 aylıq işə götürülürlər.
 

Dərsliklərin nəşri və müavilə müddəti bitəndən sonra onlar avtomatik olaraq işdən kənarlaşdırılırlar. Amma heç bir ixtisardan söhbət gedə bilməz. Kütləvi ixtisar nə pandemiya dövründə, nə də indi olub”.


“Şərq-Qərb” ASC rəsmisi əlavə edib ki, mövsümi işləyən işçilərin müqavilələri işin həcmindən asılı olaraq 1-2 ay uzadılır:

“İşin həcmi bitdikdən sonra isə o işçiyə ehtiyac qalmır. Bu səbəbdən isə müqaviləni uzatmırıq. İşçi də bu barədə məlumatlı olur. Məhz bu səbəbdən işdən çıxarılma olub”, - deyə Sevil İsmayılova əlavə edib.

Qeyd edək ki, çap işləri olan “Şərq-Qərb” ASC-nin tərkibində Nəşriyyat Departamenti və Mətbəə fəaliyyət göstərir.

Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamın icrası ilə əlaqədar olaraq, “Şərq-Qərb” ASC tərəfindən yüzlərlə kitab nəşr edilib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO