Qəbələ-Moskva aviareysi açıldı – VİDEO

Hazırda oxunan: Qəbələ-Moskva aviareysi açıldı – VİDEO

55719

Qəbələ şəhəri ilə Rusiyanın paytaxtı Moskva arasında yeni müntəzəm aviareys açılıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib.

Məlumata görə, qonşu ölkənin "Nordwind" aviaşirkəti 189 sərnişin oturacağı olan "Boeing 737-800" təyyarəsində Moskvanın Şeremetyevo Beynılxalq Hava Limanından Qəbələyə ilk reys yerinə yetirib. Uçuş 3 saat davam edib.

Müntəzəm reys həftədə bir dəfə - bazar günləri həyata keçiriləcək.

Yerli vaxtla saat 4:10 dəqiqədə təyyarə Qəbələdə enəcək, saat 5:20 dəqiqədə Rusiya paytaxtına qayıtmaq üçün havaya qalxacaq.

"Bütün beynəlxalq norma və tələblərə cavab verən Qəbələ beynəlxalq hava limanı istənilən tip hava gəmisini qəbul etməyə qadirdir", - AZAL bəyan edib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO