İsmayıllıda narkotikdən istifadə edən sürücü saxlanıldı - FOTO

Hazırda oxunan: İsmayıllıda narkotikdən istifadə edən sürücü saxlanıldı - FOTO

55697

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər sakini Elçin Mirzəcanlının idarə etdiyi “VAZ-21015” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, sürücünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilib və müayinənin də nəticəsinə əsasən onun narkotik vasitə olan marixuana qəbul etdiyi məlum olub.

Narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən E.Mirzəcanlı barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO