Azərbaycanda lisey müəllimi vəfat etdi - FOTO

Hazırda oxunan: Azərbaycanda lisey müəllimi vəfat etdi - FOTO

55678

Azərbaycanda müəllim vəfat edib.

Bizim.Media xəbər verir ki, 200 saylı Məktəb Lisey Kompleksinin riyaziyyat müəllimi, 1961-ci il təvəllüdlü Gülbəniz Poladova bu gün dünyasını dəyişib.

Qeyd edək ki, uzun illər təhsil sahəsində çalışan G.Poladova 1961-ci ildə Qax rayonunun İlisu kəndində anadan olub.

Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib. 1986-cı ildən pedaqoji fəaliyyətlə məşğul olub.

Uzun müddət Gültəkin Hacıyeva adına 200 saylı Bağça-Məktəb Lisey Kompleksinin riyaziyyat müəllimi kimi fəaliyyət göstərib.

Gülbəniz Poladova pedaqoji fəaliyyəti dövründə dəfələrlə ilin müəllimi elan edilib.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO