
- A-
- A
- A+
Cəmiyyət
19:37 / 16.01.2022
Zaqatalada 61 yaşlı kişi velosipeddən yıxılaraq vəfat etdi
Hazırda oxunan: Zaqatalada 61 yaşlı kişi velosipeddən yıxılaraq vəfat etdi
55664
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Zaqatalada velosipeddən yıxılan 61 yaşlı kişi aldığı ağır xəsarətlərdən ölüb.
Bizim.Media xəbər verir ki, bu gün günorta saatlarında Yeni Suvagil kənd sakini 1961-ci il təvəllüdlü Mahmud Məmməd oğlu Pirimov bədənin qarın və döş nahiyələrinin küt travması xəsarəti ilə ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
MÖVZU İLƏ BAĞLI:
"Mercedes" azyaşlını vurdu - Zaqatalada yol qəzası
Müayinə zamanı M. Pirimovun bu gün səhər saatlarında velosipedlə işə gedən zaman yıxılaraq ağır xəsarət aldığı məlum olub. Təcili olaraq üzərində cərrahiyyə əməliyyat aparılan M. Pirimov həkimlərin səyinə baxmayaraq əməliyyat zamanı keçinib.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































