Dəm qazından ölən 9 yaşlı qızla bağlı yeni DETALLAR – Bütün ailə Türkiyədə yaşayır

Hazırda oxunan: Dəm qazından ölən 9 yaşlı qızla bağlı yeni DETALLAR – Bütün ailə Türkiyədə yaşayır

55638

İki üzvü dəm qazından boğulan Əhmədovlar ailəsi Türkiyədə yaşayır.Ailə başçısı Əlyar Əhmədov orada işləyir. 

Bizim.Media bu informasiyaları Yeni Həyat bələdiyyəsindən əldə edib.

Mənbə qeyd edir ki, onlar iki gündür ki, müvəqqət olaraq  Xaçmaza evlərinə gəliblərmiş. Milliyyətcə axısxa türkü olan ailənin bir oğul övladı salamat qalıb.
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmazda dəm qazından boğulan ananın görüntüsü yayıldı – ÖZƏL FOTO


Xatırladaq ki, Xaçmazın Yeni Həyat qəsəbəsində ana və 9 yaşlı qızı dəm qazından boğulublar.

35 yaşlı ana Nargözəl Əhmədovanın həyatını xilas etmək mümkün olsa da 9 yaşlı Maralı ölümün caynağından almaq mümkün olmayıb.

Xaçmaz rayon prokurorluğunda hadisənin başvermə səbəbi və  təfərrüatları araşdırılır.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO