Minik avtomobili ilə mikroavtobus toqquşdu - Sürücü öldü

Hazırda oxunan: Minik avtomobili ilə mikroavtobus toqquşdu - Sürücü öldü

55575

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Seyidlər adlanan yaşayış məntəqəsində Cığatelli kənd sakini, 2000-ci il təvəllüdlü Səfər Sərvan oğlu Şərifov idarə etdiyi "VAZ-21015" markalı avtomobillə hərəkətdə olarkən "Mercedes Vito" markalı mikroavtobusla toqquşub.

Qəza zamanı 21 yaşlı S.Şərifov ağır yaralanıb. O, Bakı şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmaraq yaralı dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO