Azərbaycanda güclü qar: 50-dən çox avtomobil yolda qaldı - VİDEO

Hazırda oxunan: Azərbaycanda güclü qar: 50-dən çox avtomobil yolda qaldı - VİDEO

55548

Ötən gecədən başlayaraq Şamaxı və İsmayıllı rayonlarına yağan güclü qar ölkə əhəmiyyətli və rayon daxili yollarda nəqliyyatın hərəkətinİ çətinləşdirib.

Bizim.Media xəbər verir ki, qarlı və dumanlı hava şəraiti İsmayıllı-Muğanlı və Pirqulu yolunda, Ağsu aşırımında 50-dən çox avtomobil yolda qoyub.

Yollardakı  qar və buzlaşma ilə əlaqədar təhlükəli vəziyyət yarandığı üçün ağır tonnajlı yük avtomobillərinin, sərnişin daşıyan mikroavtobusların və mövsümə hazır olmayan minik avtomobillərinin hərəkəti dayandırılıb.
 

MÖVZU İLƏ BAĞLI:

XƏBƏRDARLIQ: Sabah Bakıya qar yağacaq, yollar buz bağlayacaq


Səhər saatlarından başlayaraq İsmayıllı və Şamaxı Yol İstismar İdarələrinin canlı qüvvəsi və ağır texnikaları əraziyə cəlb olunub, hazırda yolun qardan təmizlənməsi işləri görülür, nəqliyyatın hərəkəti qismən bərpa olunub. 

Bu gün axşam saatlarında yolun buz bağlayacağı gözlənilir, bu məqsədlə qarın təmizlənməsi, yola düz və qumun səpilməsi işləri davam etdirilir. 

Qeyd edək ki, İsmayıllı və Şamaxı rayonlarına 15-20 santimetr, dağlıq ərazidə yerləşən ucqar kəndlərə isə 25-30 santimetr hündürlüyündə qar yağıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO